Dünya
Kambocadan Ərdoğana FETÖ cavabı
Türkiyə Cümhuriyyəti Kamboca hökumətindən ölkədəki FETÖ (Fətullahçı Terror Təşkilatı) məktəblərinin bağlanmasını istəyib.
Publika.az xəbər verir ki, Türkiyənin bu ölkədəki səfiri İlham Kamal Tuğ üç məktəbin bağlanması üçün Kambocanın xarici işlər naziri Prak Sokhon ilə görüşüb. Bu ölkənin xarici işlər nazirliyi sözçüsü Çum Sounri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyada Gülənlə bağlı məktəblərin bağlanması üçün təşəbbüs göstərdiyindən xəbərdar olduqlarını bildirib.
Görüşdə Kamboca xarici işlər nazirliyi tərəfindən bu məktəblərin Gülənin ilham verməsi ilə açıldığını, ancaq onunla heç bir əlaqəsinin olmadığını bildiriblər: “Bu məktəblərdə işləyənlərin və şagirdlərin böyük əksəriyyəti Fətullah Gülənin kim olduğunu belə bilmir”.
Kambocadakı məktəblər haqqında mətbuatda verilən məlumatlar arasında ən çox diqqət çəkən 2011-ci ildə Zaman Universiteti adlı təhsil mərkəzinin həmin vaxt baş nazirin müavini olan Bülənt Arınç tərəfindən açılışının edilməsidir. Bu, Kambocada ilk açılan məktəb idi, 800-dən çox şagird orada təhsil alır.
Digər məqam isə bu ölkədəki bütün məktəblərin keçmiş Zaman qəzetinin yazarı Atilla Yusif Güləkər tərəfindən qurulmasıdır.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO