Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)

Ağdaş rayonunda yanğın baş verib, bir nəfər dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:30-da Ağdas rayon Musviq İsayev kücəsi nomrə 1 ünvanda yerləşən Azərbarcan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş mədəniyyət və turizm söbəsinin nəzdində yerləşən XIX əsrdə inşa olunmuş, ümumi sahəsi 1690 kvadratmetr olan Qarabəy Karvansarayının yaşayış üçün nəzərdə tutulmuş 2-ci mərtəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Fərrux Məhəmməd oğlu Qurbanova məxsus ümumi sahəsi 29 kvadratmetr olan 1 otaq və 1 mətbəxdən ibarət yaşayış evinin 9 kvadratmetr hissəsi külə dönüb.

Yanğın nəticəsində 2011-ci il təvəllüdlü gözdən əlil Şəfiqə Fərrux qızı Qurbanova tüstüdən boğularaq ölüb.

Hadisə yerinə FHN-nin Ağdaş yanğından mühafizə hissənin 2 maşını və canlı quvvəsi gəlib və yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaş rayonunda yanğın olub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm