UEFA Avropa Liqası: “Qəbələ” mübarizəni davam etdirəcək (YENİLƏNİB)
Bizi izləyin

İdman

UEFA Avropa Liqası: “Qəbələ” mübarizəni davam etdirəcək (YENİLƏNİB)

Mübarizəni 10 nəfərlə davam etdirməsinə baxmayaq, komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

***

“Maribor”-“Qəbələ” maçında hesab açılıb. Markos Tavares 65-ci dəqiqədə vurduğu qolla “Maribor” komandasını hesabda irəli çıxarıb.

Oyunun 68-ci dəqiqəsində isə komandamızın futbolçusu Teo Uiks qırmızı vərəqə alaraq, meydanı tərk edib.

***

Avqustun 25-də futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” klubu səfərdə Sloveniyanın “Maribor” komandası ilə cavab matçına çıxıb.

“Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Rafael Santos, Teo Uiks və Baqali Dabo yer alıblar.

Sloveniya təmsilçisinin ilk onbirliyinə isə Jasmin Handanoviç, Erik Yanza, Marko Şuler, Blaz Vrhoveç, Aleks Pihler, Markos Tavares, Milivoye Novakoviç, Dare Vrişiç, Rodriqo Defendi, Damyan Bohar və Denis Sme daxildirlər.

Görüşü macarıstanlı baş hakim Viktor Kaşşai idarə edir. Oyunun yan xətt hakimləri Györgi Rinq və Vensel Tötdir.

Xatırladaq ki, Bakıda keçilən ilk matç “Qəbələ” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Roman Qriqorçukun yetirmələri qrup mərhələsində ardıcıl ikinci dəfə çıxış etmək üçün Sloveniyada sərfəli nəticə qazanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm