Avropanın ən yaxşısı o oldu
Bizi izləyin

İdman

Avropanın ən yaxşısı o oldu

Avropada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşısı seçilib.

32 yaşlı hücumçu UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsverməyə əsasən, hamını qabaqlayıb. O, bu mükafaya ikinci dəfə yiyələnib. Səsvermədə ikinci Qaret Beyl (Uels, "Real"), üçüncü isə Antuan Qrizman (Fransa, "Ateltiko") olub. Son olaraq bu mükafatı Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi qazanmışdı.

Ötən mövsümün ən yaxşı qadın oyunçusu isə "Lion"un futbolçusu Ada Heqerberq seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm