İdman
Rəşad Sadıqov: "120 dəqiqəlik mübarizəyə köklənmişdik"
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Höteborq"u 3:0 hesabıyla məğlub edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, oyunda komandasının
qələbəsinə bir qolla töhfə verən Sadıqov oyun barədə bunları
deyib:
- Hamını bu qələbə münasibətilə təbrik edirəm. Bu, təkcə bizim yox,
hamımızın qələbəsidi. Sizlərin, azarkeşlərimizin... Komanda
üzərində böyük təzyiq var idi. Oyundan sonra yalandan "hər şey
yaxşı alındı" deyə bilmərəm. Çox həyəcanlı idik. Oyunumuz yaxşı
alınırdı, amma nəticə yox idi. Öz üzərimizdə qorxu var idi ki, ola
bilsin yenə alınmasın. Amma nəhayət, qələbə qazandıq və qrup
mərhələsinə vəsiqə qazandıq.
- Böyük hesablı qələbə gözləyirdiniz?
- Xeyr, gözləmirdik. Hətta 120 dəqiqəlik mübarizəyə köklənmişdik.
Amma ilk hissəyə yaxşı başladıq və lazımi qələbəni qazandıq.
- Vurduğun qolu oyunun gedişində
fikirləşdiniz?
- Xeyr, səhər məşqində fikirləşmişdik. Baş məşqçimizin standart
vəziyyətlərlə bağlı tələbləri var idi. Onlar üzərində ciddi
hazırlaşmışdıq. Səhər tezdən də məhz künc zərbələri üzərində
işləmişdik.
- Deyəsən, ot örtüyünün vəziyyəti yaxşı oyun
sərgiləməyinizə mane olurdu...
- Meydanın vəziyyəti həqiqətən də pis idi. Amma hər iki komanda
üçün. Bununla belə, çalışırdıq ki, necə gəldi futbol oynamayaq.
Baxımlı, gözəl oyun sərgiləyək ki, izləyənlər də həzz ala
bilsinlər.
- Bu gün mərkəz müdafiəçisi mövqeyində Bədavi Hüseynov zədə
üzündən oynamırdı. Belədə üzərində böyük yük hiss
etmirdin?
- Bu haqda bir söz deyə bilmərəm. Elvin Yunuszadə də bu gün yaxşı
çıxış edirdi. Baxmayaraq ki, avrokuboklarda uzun müddət idi əsas
heyətdə oyun praktikası yox idi. Lakin müdafiədə etibarlı çıxış
etdi.
- Qol vuranda sevinmədin. Qol olduğuna
inanmadın?
- Bir anlıq inandım, bir anlıq tərəddüd etdim. Gördüm, uşaqlar
sevindilər, fikirləşdim ki, qoldu (gülür)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK