Hadisə
Ərini qısqandığı üçün qonşunu bıçaqladı - Şəmkirdə
Şəmkirin Sarıtəpə kənd sakini 1988-ci il təvəllüdlü Günel Mirzəyeva qonşusu 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, səbəb Günelin həyat yoldaşını Məleykəyə qısqanmasıdır.
Belə ki, G.Mirzəyeva həyat yoldaşı ilə Məleykənin arasında münasibət olduğunu eşidib. Dünən axşam saatlarında Məleykəni evlərinə çağırıb və orada bıçaqlayıb. Hadisə baş verərkən onlar evdə tək olublar.
Kənd sakinlərinin sözlərinə görə, M.Allahverənova 3-4 aydır ki, həyat yoldaşından boşanıb. Lakin 1-2 il əvvəl onun qayınanası və həyat yoldaşı Məleykənin Günelin həyat yoldaşı Ümidlə münasibətinin olduğunu deyib.
Buna görə də, ailələr arasında mübahisə yaşanıb. Sonradan bu məsələ unudulub. 6 ayın gəlini olan Günel isə onlar arasında münasibətin olduğunu eşidəndən sonra mübahisə olub.
Nəticədə, o bu üsula əl atıb. Hazırda M.Allahverənova Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti orta-ağır dəyərləndirilir.
Hadisəni törətmiş G.Mirzəyeva isə axtarışdadır. O, hadisəni törədəndən sonra qaçıb.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!