Əli Mirəliyev: “Oğlum evə gələn kimi öpdüm, qucaqladım”
Bizi izləyin

Magazin1

Əli Mirəliyev: “Oğlum evə gələn kimi öpdüm, qucaqladım”

Müğənni Əli Mirəliyev oğlunun DYP əməkdaşının üstünə bıçaq çəkməsi ilə bağlı yayılan xəbərə Publika.az vasitəsi ilə aydınlıq gətirib:

“Deyirlər ki, güya oğlum "vorzakon"dur. Boş-boş şeylərdi. Mən özüm neçə il lotularla birgə eyni məhəllədə yaşamışam. Heç atası lotu dünyasından xəbərdar deyil, o ki, oğlum ola. O nə bilir oğru aləmi nədir, yol polisi ilə aralarında mübahisə olub, indi hər şey yaxşıdır. İndi oğlum anasının yanındadır, evə gələn kimi öpdüm, qucaqladım”.

Qeyd edək ki, Əli Mirəliyevin oğlu qaydanı pozduğu üçün Səbail rayon ərazisində DYP əməkdaşı tərəfindən saxlanılıb. Qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa davaya keçiblər. Buna səbəblərdən biri də yol polisinin sürücü ilə kobud rəftarı və özündənrazılığı olub. Belə münasibət qarşısında sürücü bıçaq çıxarıb və nəticədə, bıçaqla özünə xəsarət yetirib.

O, polislərə kriminal aləmdə tanınmıış qanuni oğrularla dostluq münasibəti olduğunu və buna görə onların cəzalandırılacağını deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm