“Qarabağ”ın futbolçusundan UŞAĞA QARŞI KOBUDLUQ - VİDEO
Bizi izləyin

İdman

“Qarabağ”ın futbolçusundan UŞAĞA QARŞI KOBUDLUQ - VİDEO

“Qarabağ” dünən Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Göteborq”u (İsveç) 3:0 hesabıyla məğlub etməklə, qrup mərhələsinə vəsiqə qazandı.

Oyundan sonra hər kəs sevinc içində idi - azarkeşlər, futbolçular, “Qarabağ”ın rəhbərliyi. Bu azarkeşlərin arasında azyaşlılar da az deyildi. Balacaların oyununa baxmaq üçün stadiona üz tutduqları “Qarabağ” qələbə qazanmış, onların yaşları kimi balaca olan ürəklərini sevinclə doldurmuşdu.

“Köhlən atlar” artıq ardıcıl üçüncü ildi ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanır və heç şübhəsiz ki, Azərbaycanda futbol adlı oyuna könül verən balaca azarkeşlər də bu komandadan özlərinə kumirlər, qəhrəmanlar seçib: Riçard Almeydanı, Reynaldonu, Ansi Aqollini, Rəşad Sadıqovu, Dani Kintananı… Burda stop! İndi sizə təqdim edəcəyimiz videonun 48-ci saniyəsində olanları görəndən sonra sonuncunu - Dani Kintananı bu siyahıdan siləcəyinizi, öz övladlarınıza, yaxınlarınızın uşaqlarına belə birindən nümunə götürməməyi tövsiyə edəcəyinizə inanırıq. Ən yaxşısı, şərh verməməkdi. Sadəcə, videonun 48-ci saniyəsində Kintananın ona yaxınlaşan uşağa reaksiyasına baxın. Düzdü, ispan futbolçu müsahibə verir və bu məqamda ona yaxınlaşmaq... Amma axı Kintanaya yaxınlaşan, hələ dünyada işlərin necə yürüdüyünü bilməyən bir uşaqdır. (Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm