Özbəkistanda sürətli qatar reysi istifadəyə verildi – FOTOLAR
Bizi izləyin

Dünya

Özbəkistanda sürətli qatar reysi istifadəyə verildi – FOTOLAR

Özbəkistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə Daşkənd-Buxara şəhərləri arasında “Talgo 250” tipli sürətli qatar reysi açılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın “Afrosiyob” şirkətinin istehsalı olan sürətli qatarlar 553 kilometrlik məsafəni 8 saatdan 3 saat 20 dəqiqəyə qət edəcək.

Artıq sürətli qatar reysinin ilk səfəri baş tutub.

Özbəkistanın Dəmiryolları İdarəsi açıqlamasında bildirib ki, yaxın illərdə digər şəhərlərə də sürətli qatar reyslərinin açılması nəzərdə tutulub:

“Əsas məqsəd və hədəf xarici turistlərin sayını artırmağa istiqamətlənib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm