Çindən Əsədə HƏRBİ DƏSTƏK
Bizi izləyin

Dünya

Çindən Əsədə HƏRBİ DƏSTƏK

Çin Silahlı Qüvvələri Suriyada Bəşər Əsəd ordusuna hərbi təlimlər keçəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib.

Müdafiə Nazirliyinin rəsmisi deyib ki, Çin hökuməti Suriyaya hərbi yardım göstərəcək. Onun sözlərinə görə, Çin hökuməti Suriya ordusuna hərbi tibbi yardım dəstəyi verəcək və təlimlər keçəcək: “Suriyada humanitar böhranın aradan qaldırılması üçün Dəməşq ordusuna tibbi yardım və hərbi təlim dəstəyi verəcəyik. İki ölkə arasında bu sahədə əməkdaşlıqla bağlı uzun müddətdir ki, müvafiq sənədlər mövcuddur. Çin Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Vu Qian əlavə edib ki, Suriya hərbiçiləri üçün təlimlər Çin ərazisində keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm