Məşhur milyarder polisin güdazına getdi - FOTO
Bizi izləyin

Dünya

Məşhur milyarder polisin güdazına getdi - FOTO

Britaniyalı milyarder, dünyanın ən məşhur iş adamlarından biri, "Virgin Group" holdinqinin banisi və sahibi Riçard Brenson velosipeddən yıxılaraq ağır travmalar alıb.

Hadisə Vircin adalarındakı Leverik buxtasında, Brensonun ailəsi ilə birgə dincəldiyi məkanda baş verib.

"Virgin Strive Challenge" veloyürüşünə hazırlıq çərçivəsində məşq edən biznesmen axşam saatlarında velosiped sürürmüş.

"Axşam saatlarında yamacla aşağı hərəkət edirdim. Qəflətən "uzanmış polis"in üzərinə çıxdım və sükanın üstündən kəllə-mayallaq aşdım. Başımda şlem olmasaydı, ölərdim. Yadımda yalnız o qaldı ki, uçuram. Həyatım gözlərimin qarşısından keçdi. Öləcəyimi düşünürdüm. Sağ qaldığıma, iflic olmadığıma inana bilmirəm".

Hadisədən sonra çəkilmiş fotolarda görünür ki, Brenson üzündən və çiyinlərindən travmalar alıb.
Bu ilin fevralında Riçard Brenson Böyük Kayman adalarının sahillərində çiməndə skatların hücumuna məruz qalmışdı. Həmin hadisədən 6 gün sonra isə arvadına üzük almaq üçün zərgərlik dükanına yollanan Brensonun başı butikin şəffaf şüşə qapısına dəymişdi.

Riçard Brenson Britaniyanın ən varlı iş adamlarından biridir. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm