Minlərlə bahalı avtomobil otun altında basdırıldı - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Minlərlə bahalı avtomobil otun altında basdırıldı - FOTOLAR

2011-ci il martın 1-də Yaponiya tarixində ən güclü zəlzələ və onun ardınca baş vermiş sunami nəticəsində Fukisima-1 AES-də güclü qəza baş verib. Bu, son illərdə baş vermiş ən iri radiasiya qəzalarından biridir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, polşalı fotoqraf Arkadiuş Podenisinski baş verən dəhşətli hadisənin nəticələrini öz gözləri ilə görə bilmək üçün Fukisimaya yollayıb. O, hər zonaya 20 km getmək üçün icazə alıb, sonra onun qarşısında inanılmaz səhnələr görünüb.

Fotoqrafın sözlərinə görə, elektrik stansiyasında baş vermiş qəzada nə zəlzələ, nə də ki, sunami günahkardır. Əsas səbəbkar inanlar özləridir. Onun buraya gəliş məqsədi də qəzanın nəticələrini çəkib göstərmək olub. O, hesab edir ki, nə KİV-in, nə də hökumət təbliğatının və ya fəlakətin miqyası azaltmağa çalışan nüvə lobbiçilərin təsiri altında olmayaraq, sakinlərin baş vermiş hadisə barədə öz rəyləri olmalıdır.

Elektrik stansiyasının yaxınlığında yolun bir hissəsindəki atılmış avtomobilləri təbiət tədricən udub.

Фукусима

Bəziləri avtomobillər yabanı otların altında qalaraq tamamilə yox olub.

Фукусима

Radiasiya şüalanması 6,7 mkZv/ç göstərir.

Фукусима

Kolların arasında unudulmuş motosiklet

Фукусима

Televizor təpəsi

Фукусима

Mağazada baxımsız və dağılmış məhsulların üzərini hörümçək torları basıb.

Фукусима

Supermarketin daxilində apokalipsis filmlərinin qorxulu ab-havası hiss olunur.

Фукусима

Kompüter laboratoriyası yaxınlıqdakı kəndin quş peyiniylə örtülüb.

Фукусима

Kimsəsiz qalmış yemək stolu

Фукусима

Bu, yəqin ki, əyləncə parkında olan sonuncu maşın yarışı olub.

Фукусима

Məktəb sinfində fortepiano və digər musiqi alətləri

Фукусима

Zəlzələ, sunami binaların zədələnməsinə səbəb olub.

Фукусима

Bu velosipedlərin sahibləri qəzada tələsik qaçıb.

Фукусима

Dərslər qəflətən kəsilib.

Фукусима

Boş qalmış oyun zalları

Фукусима

Yuxarıdan çəkilmiş bu foto çirklənmiş torpaq sahələrini göstərir.

Фукусима

Yerə qənaət etmək üçün radioaktiv torpaq kisələrini üst-üstə yığırlar.

Фукусима

Hökumət deyir ki, bu torbalardan istifadə etmək planlaşdırılır, amma insanlar buna şübhə ilə yanaşır.

Фукусима

Avariyadan sonra inəklərin dərisində ağ ləkələr yaranmağa başlayıb. Bir fermer hesab edir ki, bunun səbəbi inəklərin otu çirklənmiş otu yeməsidir.

Фукусима

"Nüvə enerjisinin işıqlı gələcəyi var" lövhəsi

Фукусима

Fotoqraf Fukisimada qalmış heyvanları aclıqdan xilas etmək üçün buraya qayıdan bir fermerlə

Фукусима

Oxumağa davam et
Reklam
Reklam

Gündəm