Yuxu vaxtımıza nəzarət edə bilərikmi?
Bizi izləyin

Sağlamlıq

Yuxu vaxtımıza nəzarət edə bilərikmi?

Bəziləri, yataraq keçirdiyimiz günün üçdə birini boşa keçən zaman olaraq görür. Planlaşdırdığımız işlərimiz üçün gün qısa gələndə səbəb kimi daha az yuxu yatdığımızı əsas gətiririk. Məsələn, İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerə gündə dörd saat yatmaq bəs edirdi, bəs bizə niyə bəs etmir?!

Hər kəs üçün kafi yuxu müddəti fərqlidir. Cim Horn yuxu haqqında yazdığı kitabında 80 faizimizə 6-9 saatlıq yuxunun bəs etdiyini, geri qalan yüzdə 20 faizin isə bundan daha az, ya da çox yuxuya ehtiyac duyduğunu ifadə edir.

Yaxşı, alışılmış yuxu nizamı asanlıqla dəyişdirilə bilərmi? Məsələn, hər səhər özümüzü normal saatımızdan iki saat daha erkən qalxmağa məcbur etsək bədənimiz sonunda bu vəziyyətə alışarmı? Təəssüf ki, xeyr.

Yuxusuzluğun təsirləri

Kifayət qədər yatmamanın bədənimiz üzərindəki əks təsirlərinə dair xeyli məlumat var. Yəni az yuxuya alışılmır. Az yatmaq qısa vəd edən konsentrasiyanı azaldarkən, həddindən artıq yuxu isə başqarışdırıcı və stress qaynağı ola bilər.

Uzun müddət az yatmağın təsirləri isə daha ciddi ölçüdədir. İllər boyunca ehtiyac duyduğumuzdan daha az yatdıqda köklük, şəkər xəstəliyi, yüksək təzyiq, ürək və damar xəstəlikləri riski artır.

Yaxşı necə olur da bəziləri digərlərindən daha az yuxuyla idarə edə bilir? Onlarda niyə xəstəlik əlamətləri görülmür?

Hər şeydən əvvəl bəzi insanlar tələbatdan daha çox yatır. Amma bəzi nadir insanlar da hər hansı bir əks təsirini görmədən gündə beş saatlıq yuxuyla kifayətlənə bilir. Bu cür insanlara elmdə "yuxusuz elitalar" deyilir.

Genetik faktor

2009-cu ildə Kaliforniya Universitetindən genetikçi Ying-Hui Fu, bir ana ilə qızının az yatdıqları halda hər səhər tam istirahət etmiş olaraq yuxudan qalxdıqlarını fərq edib. Aparılan testlərdə hər ikisində də hDEC2 adlı genin mutasiyaya uğramış olduğu görülüb. Bu gen daha çox siçan və ağcaqanadlarda rast gəlinir, buna görə də onlar da daha az yatır.

Bu vəziyyət, yuxu ehtiyacımızı təyin etmədə qismən genetik faktorun da təsiri olduğunu göstərir. Yəni, bizdəki genlər o "yuxusuz elitalar" kimi az yuxuyla idarə etməmizə imkan tanımır (bu heç olmasa bəzilərimiz üçün yaxşı bir bəhanə ola bilər!).

Kimi nümunə götürməli?

Paul Martin “Counting Sheep” (Qoyunları Saymaq) adlı kitabında bədənin təbii yuxu ehtiyacını təsbit etmək üçün bu yolu təklif edir: İki həftə boyunca hər gecə eyni saatda yatmağa gedib, səhər özbaşına oyanana qədər yatmaq. İlk bir-iki gecə daha əvvəlki yuxusuzluq halını aradan qaldırma ehtiyacı duya biləcəyinizdən onları hesaba qatmamaq lazımdır. Digər günlərdəki yuxu müddətinizdən isə ideal yuxu saatı hesabınızı öyrənə bilərsiniz.

Əldə etdiyiniz nəticə gözlədiyinizdən çox ola bilər. Bunu boşa gedən zaman olaraq görməmək lazımdır. Ömrümüzün üçdə birini yuxuya ayırmaq məcburiyyətində olsaq da, digər üçdə ikilik zamanı ən məhsuldar şəkildə istifadə etmək üçün yuxu bizə lazımdır.

Bəlkə də yuxu mövzusunda Marqaret Tetçeri deyil, Uinston Çörçilli nümunə götürməliyik. Çörçill səhər qalxmağa elə nifrət edirmiş ki, bəzən yatağında işləyir, hətta bəzi qonaqları yataq otağında qəbul edirmiş.

Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm