MSK Müsavat Partiyasının təşviqat qrupunu qeydə almadı
Bizi izləyin

Nida.az

MSK Müsavat Partiyasının təşviqat qrupunu qeydə almadı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşviqat qrupunun müraciətinə baxılıb.

Məsələ ilə bağlı çıxış edən MSK katibi Arifə Muxtarova deyib ki, komissiya bununla bağlı araşdırma aparıb: "Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir".

Müzakirələrin yekununda "Respublika" təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.

Xatırladaq ki, "Respublika" təşviqat qrupunun imzatoplama kampaniyasında "D18" Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm