Texnoloji
Ən problemli smartfonların adları açıqlandı
"Blancco" texnoloji qrupunun ekspertləri ən problemli smartfonların reytinqini tərtib edib. Məlum olub ki, "iPhone" smartfonlarının dayanıqlıq göstəricisi aşağı düşüb.
Publika.az fins.az-a istinadən bildirir ki, 2016-cı ilin birinci rübünün nəticəsinə görə, "Apple" şirkətinə məxsus smartfonların 25 faizində problem qeydə alınıb. İkinci rübdə bu göstərici 58 faizədək yüksəlib.
Ötən rübün nəticəsinə görə, "Android" platforması ilə işləyən
smartfonların da 44 faizində problem qeydə alınıb. Ancaq yeni
hesabatda həmin platforma ilə işləyən smartfonlarda problemlərin
sayı 35 faizədək azalıb. Daha çox "Samsung" smartfonlarında problem
qeydə alınıb, ancaq daha çox problemli model "LeEco Le1S"
cihazıdır.
Altmış beş faiz halda "iOS" mobil əməliyyat sistemi mobil
proqramların kritik səhvlərinə görə imtina verib. "Wi-Fi" modulu,
qulaqlıqlar və qəbuledicinin imtinası ən geniş yayılmış səbəblər
kimi göstərilib.
"Android" sistemli smartfonlarda ən çox kamera və batareyanın enerji ilə doldurulması, həmçinin sensor, dinamik və mikrofona görə problemlər qeydə alınıb.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır