Bərdədə maşın piyadanı vuraraq öldürüb
Bizi izləyin

Hadisə

Bərdədə maşın piyadanı vuraraq öldürüb

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunda, Bərdənin Gərənə kəndi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı kişini "Moskviç" markalı minik avtomobili vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən kişinin şəxsiyyəti, hələ ki, məlum deyil.

Faktla bağlı yol polisi araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm