Türkiyə Suriyaya ƏLAVƏ QOŞUN YERİDİR
Bizi izləyin

Dünya

Türkiyə Suriyaya ƏLAVƏ QOŞUN YERİDİR

Bu gün səhər saatlarında Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki tankın müşayiəti ilə hərbi sursat yüklənmiş yük maşını və zirehli maşın karvanı Türkiyə-Suriya sərhədini keçərək Cerablusa istiqamətlənib.

Qeyd edək ki, dünən Cerablus şəhərindən 7 km cənubda PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən Türkiyə Silahlı Qüvvələrinin tanklarından biri vurulub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb. Bu, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Firat qalxanı" əməliyyatı çərçivəsində ilk şəhiddir. Gecə ərzində Türkiyə Silahlı Qüvvələri Cerablusun cənubundakı hədəflərə tank və artilleriya qurğularından zərbələr endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm