Beyonsdan operatora qarşı əxlaqsız hərəkət - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

Beyonsdan operatora qarşı əxlaqsız hərəkət - FOTOLAR/VİDEO

Dünən Los-Ancelesdə “MTV Video Music Awards 2016” -nın təqdimetmə mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə Beyonse, Britni Spir, Naomi Kempbell, Kanye Uest, Blu Ayvi, Haydi Klum və s. kimi tanınmış ulduzlar iştirak edib.

Publika.az xarici mətbuataxəbər verir ki, Beyonsun “Formation" bəstəsinə çəkilmiş videoklipi MTV telekanalının "Video Music Awards 2016" mükafatına layiq görülüb. Qalibə əlində MTV-nin bayrağını tutan astronavt fiqurlu "ay adamı" heykəlciyi təqdim olunub.

Qeyd edək ki, pop musiqisinin kraliçası Beyonsun “MTV Video Music Awards 2016” -də coşğulu çıxışı MTV mükafatı tarixində ən yaxşılarından biri kimi qiymətləndirilib və bunu müğənninin təntənəli qayıdışı adlandırıblar. Belə ki, müğənni MTV mükafatı səhnəsində qeyri-adi şou təşkil edib. Artisti bir neçə mahnı ifa edib və 3d-texnologiyasının tətbiqi ilə möhtəşəm performans göstərib. Tamaşaçıları kompyuter qrafikası və xüsusilə Beyonsun çox enerjili rəqsləri sarsıdıb. Cazibədar ulduz rəqsdən sonra əlindəki dəyənəklə operatorun kamerasını sındırıb.

Bu ilin ən nüfuzlu videosu kateqoriyasında Beyonsla yanaşı Adelin "Hello", kanadalı rep ifaçısı Dreykin "Hotline Bling", Castin Biberin "Sorry" və amerikalı reper Kanye Uestin "Famous" bəstəsinə çəkilmiş videoklip təqdim olunub. Beyons, həmçinin "Ən yaxşı video ifaçısı" nominasiyasında "Hold Up" videosuna görə mükafat alıb.

Qaliblərin tam siyahısı

İlin videosu - Beyonse, “Formation”

Ən yaxşı qadın videosu - Beyonse, “Hold Up”

Ən yaxşı kişi videosu - Kelvin Harris və Rihanna “This Is What You Came For”

Ən yaxşı hip-hop videosu - Dreyk,” Bling Hotline”

Ən yaxşı pop-videosu – Beyonse, “Formation”

Ən yaxşı rok-videosu - Twenty one pilots, “Heathens”

Ən yaxşı rəqs videosu – Kelvin Harris və Disciples, “How Deep Is Your Love”

Ən yaxşı birgə iş - Fifth Harmony ft. Ty Dolla $ign, “Work From Home”

İlin ən uzun videosu - Beyonse, “Lemonade”

Ən yaxşı rəsm işləri - Devid Boui, “Blackstar”

Ən yaxşı rejissor işi – Beyonse, "Formation"

Ən yaxşı xoreoqrafiya – Beyonse, “Formation”

Ən yaxşı operator işi - Beyonse, Formation

Ən yaxşı montaj - Beyonse, “Formation”

Ən yaxşı vizual effektlər - Coldplay, “Up and Up”

Maykl Cekson adına xüsusi mükafat: The Video Vanguard Award - Rihanna

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm