Kriminologiya İnstitutunda bomba partladıldı
Bizi izləyin

Dünya

Kriminologiya İnstitutunda bomba partladıldı

Belçikada Brüssel Kriminologiya İnstitutuna bomba atılıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

RTL televiziyasının xəbərinə görə, yerli vaxtla saat 03:00 radələrində bir avtomobil binanın ətrafındakı baryerləri dağıdaraq içəri girib. Ardınca naməlum şəxslər laboratoriyanın yaxınlığında bomba partladıblar. Partlayışdan sonra laboratoriyada yanğın baş verib.

Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm