Nida.az
Qarabağın qaytarılmasına mane olan qüvvə - ŞOK ETİRAF
Rusiya-Türkiyə yaxınlaşması erməniləri ciddi şəkildə
təşvişə salıb.
Publika.az xəbər verir ki, "Arovat" qəzeti bunu
Ermənistan üçün təhlükəli yaxınalşma adlandırıb.
"Ərdoğan və Putin bir il öncə düşmən mövqedə olmalarına
baxmayaraq, indi dost kimi davranırlar. Xüsusilə Suriya kimi
problemli məsələdə anlaşdıqları görünür. Məhz Suriyada rus-türk
yaxınlaşması Moskva və Ankaranın bir çox məsələdə, xüsusilə Dağlıq
Qarabağ münaqişəsində razılaşmasına səbəb ola bilər. Rusiya
Türkiyəni də münaqişənin nizama salınması prosesinə qoşa bilər.
Təsadüfi deyil ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
Qarabağ münaqişəsinin nizama salınması məsələsinin
Türkiyə-Rusiya-Azərbaycan formatı çərçivəsində müzakirə ediləcəyini
bildirdi. Həmçinin, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya
Türkiyənin prosesə daxil olmasına qarşı olmadığının qeyd edib.
Bütün bunlar Rusiya və Türkiyənin Suriyada olduğu kimi Qarabağ
məsələsində də razılaşacağını göstərir", - deyə qəzet
yazıb.
Qeyd edək ki, aprel döyüşlərindən sonra Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan sürətli proses hazırda
dalana dirənmiş kimi görünür.
"Lragir" saytı isə Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasına mane olan qüvvəni açıq şəkildə göstərib.
Saytın məqaləsində deyilir ki, Rusiya "Kazan planı"nı
yeniləyərək, "Lavrov planı" adı altında dövriyyəyə saldı: "Bu,
ərazilərin qaytarılmasını nəzərdə tutur. Lakin Putin "Lavrov
planı"nda qaytarılacaq rayonların sayını 5-ə endirdi. Metyu Brayza
isə bu günlərdə ilkin mərhələdə Azərbaycana qaytarılacaq rayonların
sayının 2 olduğunu açıqladı. Lakin Rusiyanın münaqişənin həlli ilə
bağlı planlarının həyata keçməsinə ABŞ mane olur. Rusiya ABŞ-dan
Qarabağla bağlı güzəştlər gözləyir, əvəzində Suriyada güzəştə
getməyə hazırdır. Amma görünür, Vaşinqton razılaşmır".
Asif
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır