Qırmızı.az
Dini Komitə: Nurçu dini icmalar qeydiyyatdan keçməyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov nurçuluğu təmsil edən dini təşkilatların qeydiyyatının ləğvi məsələsinə münasibət bildirib.
Dini Komitəs rəsmisi G.İsmayılov Publika.az-ın sualına cavabında deyib ki, indiyə qədər üzvləri nurçular olan hər hansı dini icma qeydiyyatdan keçməyib.
“Dövlət Komitəsi hər hansı dini cərəyanı, yaxud konvessiyanı qeydiyyata almır, dini icmaları qeydiyyata alır. Biz artıq 2009-cu ildən nurçuluğa mənsub dini ədəbiyyatların ölkəyə kütləvi şəkildə ixracına, idxalına, çapına məhdudiyyət qoymuşuq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən nurçuluğun kitablarının ölkəyə kütləvi şəkildə idxalına məhdudiyyət qoyub. Bu məsələlərlə mübarizənin 6-7 il bundan öncə başladığını nəzərə alsaq, 2009-cu ilin kifayət qədər uzaq bir zaman olduğunu görə bilərsiniz. Bununla bağlı müraciətlər, məktublar, eyni zamanda həmin məktublara Dini Komitənin cavabları var. Eyni zamanda həmin müraciətlərə mənfi cavab verdiyimiz üçün Dövlət Komitəsindən edilən şikayətlər mövcuddur. Bütün bunların hamısı açıq olan məsələlərdir. 2009-cu ildən bəri bu məsələlərlə bağlı Dövlət Komitəsinə yüzlərlə şikayət olunub".
Vasif Həsənli
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO