Ölü dənizdən çıxan paltar hər kəsi təəccübləndiridi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölü dənizdən çıxan paltar hər kəsi təəccübləndiridi - FOTOLAR

Siqalit Landau​ adlı rəssamın Ölü dənizdən çıxardığı paltar hər kəsi təəccübləndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Siqalit Landau adlı rəssam qara rəngli, uzun paltarı 2 il Ölü dənizdə saxlamaq qərarına gəlib. 2 ildən sonra onu duzlu dənizdən çıxarıb. Onun sözlərinə görə, tamamilə dəniz duzu kristalları ilə örtülmüş donu yaradıcılıq məqsədi ilə istifadə edəcək. O, layihəsini "Duz gəlin" adlandırıb.

Onu da qeyd edək ki, Siqalit Landau paltardakı kristallaşma mərhələlərini göstərmək üçün 3 aydan bir dənizə girib və onun şəkillərini çəkib.

Layihənin yaradılmasında onu Semyon Akimoviç Ankiyin 1916-cı ildə yazdığı "Dubik, yaxud iki dünya arasında" pyesi ilhamlandırıb. Bu pyes qızın bədəninə girmiş iblislə sövdələşən gəncin ölümündən bəhs edir. Gənc oğlan ruhunu iblisə sataraq dubbkə (ölü insanın qəzəbli ruhu) çevrilir.

Bunun rəssamla nə əlaqəsi olduğunu düşünə bilərsiniz. Məsələ ondadır ki, Landau öz layihəsində 1920-ci ildə pyesin səhnə quruluşunda istifadə olunan paltarın dəqiq sürətini hazırladıb. Fotolar Londonda "Contemporary Marlborough" qalereyasında nümayiş olunacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm