Türkiyədəki ruslar seçkilərdə səs verə biləcəklər
Bizi izləyin

Dünya

Türkiyədəki ruslar seçkilərdə səs verə biləcəklər

Türkiyədə yaşayan rus vətəndaşları bu il sentyabrın 18-də Rusiyada keçiriləcək parlament seçkilərində iştirak edərək səs verə biləcəklər.

Publika.az xarici mediaya istindən xəbər verir ki, bununla bağlı Rusiyanın Ankaradakı səfirliyində, Trabzon, Antalya və İstanbuldakı konsulluqlarında seçki mərkəzləri yaradılıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Vasiliy Lihaçev deyib ki, sentyabr ayında Türkiyədə tətil keçirən xeyli sayda rus vətəndaşı olur: “Biz bütün bunları nəzərə alaraq, Türkiyənin 4 böyük şəhərində - Ankara, Antalya, Trabzon və İstanbulda seçki mərkəzləri təşkil etmişik. Odur ki, Türkiyədə yaşan Rusiya vətəndaşları sözügedən seçki mərkəzlərində rahatlıqla gəlib səs verə bilərlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm