“Dünya bir boşqabda” - Azərbaycan mətbəxi CAR-da təqdim edildi
Bizi izləyin

Mətbəx

“Dünya bir boşqabda” - Azərbaycan mətbəxi CAR-da təqdim edildi

Bu gün CAR-da Azərbaycan mətbəxinin ləziz nümunələrinin yer aldığı “Dünya bir boşqabda” (“The World on a Plate”) başlıqlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının CAR-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, kitabda dünya kulinariya nümunələri sırasında səfirliyimizin təşəbbüsü və dəstəyi ilə milli mətbəximizin çeşidləri də oxuculara təqdim olunub. Kitabda balıq ləvəngisi və şəkərburanın bişirilmə qaydası əks olunub.

Təqdimat mərasimində həmçinin Azərbaycanla bağlı quraşdırılmış stenddə ölkəmizin mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yerləşdirilib.

Qeyd edək ki, “Dünya bir boşqabda” kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət International Diplomatic Spouses Association-un təşəbbüsü ilə nəşr edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm