Xanım mer Olimpiadanı keçirməkdən imtina edir
Bizi izləyin

İdman

Xanım mer Olimpiadanı keçirməkdən imtina edir

İtaliyanın paytaxtı Roma 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən imtina edəcək.

Publika.az xəbər verir ki, şəhərin yeni meri Virciniya Raci belə bir fikrə düşüb. O əmindir ki, Roma olimpiadanın keçirilməsinə deyil, öz iqtisadi problemlərinə diqqət yönəltməlidir. Xanım mer imtina qərarını İtaliya paralimpiya yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Oyunlara yolasalma mərasimində açıqlaya bilər.

Romanın olimpiada təşkilinə xərcləməyi planlaşdırdığı 27,5 milyon dollar rəqibləri Los-Anceles (ABŞ), Budapeşt (Macarıstan) və Paris (Fransa) şəhərlərinin nəzərdə tutduğu məbləğdən əhəmiyyətli dərəcədə geri qalır.

Qeyd edək ki, qalib şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. (sportnet.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm