Mingəçevirdə qızıl oğurlayan qadın tutuldu – FOTO
Bizi izləyin

Hadisə

Mingəçevirdə qızıl oğurlayan qadın tutuldu – FOTO

Yevlax sakini Mingəçevirdə oğurluq etdiyinə görə polis tərəfindən saxlanılıb.

Publika.az Region TV-yə istinadən xəbər verir ki, həmin şəxs 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Hadisə Mingəçevir şəhəri Energetiklər qəsəbəsindəki həyət evində baş verib.

Yevlax şəhər sakini 33 yaşlı Zarina Kərimova açarı ev sahibinin ayaqqabısının içərisindən götürərək evə daxil olub və mənzildən 4000 manat dəyərində zinət əşyalarını oğurlayıb.

Ev sahibi Xaləddin Həsənov polis şöbəsinə müraciət edib. Əməliyyat axtarış tədbirləri zamanı oğurluq edən şəxs saxlanılıb.

Saxlanılan Z.Kərimova etdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm