Dünya
“Lola ilə Gülnarəni Daşkəndin küçələrində soyunduracam” – klan müharibəsi başlandı
Özbəkistan prezidenti İslam Kərimov öləndən sonra onun
ailəsinin biznesi təhdid altına düşüb.
Publika.az “Fərqanə” agentliyinə istinadən
xəbər verir ki, Kərimovun həyat yoldaşı Tatyana Kərimova dünənə
qədər ölkənin ən nüfuzlu şəxsi idi. Prezidentin xanımı bütün kadr
təyinatlarına şəxsən nəzarət edirdi. O, bütün fəaliyyətini
biznesmen Səlim Abduvaliev vasitəsilə qururdu.
Təsdiq olunmamış məlumatlara görə, Tatyana Kərimova gömrük
orqanlarına və ölkəyə idxal olunan mallara nəzarət edib. Onun qızı
Lola və qızının əri Timur Tillyayev də bu işdə ortaq olub.
Çoxmilyardlı “Abu-Saxiy” şirkəti də Kərimovun kürəkəni
Timurundur.
“Uzmetronom” saytında bu gün yayımlanan məlumata görə,
“Abu-Saxiy” şirkətinin idxal olunan mallarının topdansatış
bazarında maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması başlanıb.
Yoxlama əhalinin şikayətləri əsasında aparılır.
“Fərqanə”yə danışan mənbələr təsdiq ediblər ki, bu yoxlamalar
“Abu-Saxiy” şirkətini müvəqqəti olaraq prezidentin
səlahiyyətlərinin icrasına başlayan Şövkət Mirziyoyevin qohumlarına
verilməsi məqsədinə xidmət edir.
“Timurun bütün biznesi Şövkət Mirziyoyevin kürəkənlərinə -
Oybeku və Otabekuya veriləcək”, - deyə mənbə bildirib.
Timur hazırda övladı ilə birlikdə xaricədir. Hətta İslam
Kərimovun dəfninə belə gəlməyib. Onun bundan sonra Özbəkistana
qayıdacağı da sual altındadır.
Məlumata görə, biznesmen Səlim Abduvalievin də fəaliyyəti
məhdudlaşdırılır. Onun nəzarətindəki biznes sahələrinin digər
biznesmen Qafur Rəhimovun nüfuzu altına keçəcəyi gözlənilir.
Vaxtilə Gülnarə Kərimovaya görə onun biznesi böyük zərər çəkib. Q.
Rəhimov ölkəni tərk etmək məcburiyyətində qalıb.
Biznesmen dəfələrlə bildirib ki, o qisasını alacaq.
“Kərimovun qızlarını Daşkəndin küçələrində çılpaq gəzməyə məcbur
edəcəm”, - deyə Rəhimov açıq şəkildə bəyan edib.
Hazırda Özbəkistanda ciddi qorxu mühitinin yarandığı,
biznesmenlər və məmurlarının gələcəklərinə görə təşviş keçirdiyi
deyilir.
Asif
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü