Prezidentin ölümünə FƏTVA verildi
Bizi izləyin

Dünya

Prezidentin ölümünə FƏTVA verildi

Kral Səud Universitetinin professoru, səudiyyə ilahiyyatçısı Məhəmməd Ben Əbdülrəhman Əl-Arifi Çeçenistan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Ramzan Kadırovun qətlinə çağırıb.

Publika.az xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” informasiya agentliyi yazıb.

Səudiyyə ilahiyyatçısı Qroznıda bu ilin avqustun sonunda keçirilən və Çeçenistanın birinci qanuni prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan Ümumdünya İslam Konfransını kəskin tənqid edib. Konfransda vəhhabi ideologiyası ittiham olunub.

Professor Çeçenistan liderini “kafir” elan edib və Kadırovun qanının tökülməsinə “icazə verib”. Əl-Arifi özünün sələfi (vəhhabi) davamçılarına bildirib ki, onların “islamın düşməni” olan Kadırovu öldürməyə haqqı var.

“EADaily” saytı xatırladır ki, Rusiyanın demək olar ki, bütün müsəlman liderləri və dünyanın bir çox ölkələrindən sünni ilahiyyatçıları toplayan konfransda fətva qəbul edilmişdi. Fətvada sünniliyin hansı istiqamətlərinin həqiqi olduğu göstərilmişdi. “Qroznı fətvası”na əsasən, dörd ənənəvi məzhəbə - hənəfi, maliki, hənbəli və şafii məzhəblərinə ürəyini açan bütün müsəlmanlar sünni təriqətinin davamçısıdır.

“Qroznı fətvası”nda özlərini sünni adlandıranlar, amma islam qanunlarına uyğun olmayan istiqamətlər yer alıb. “Bu istiqamətlər müsəlmanları bölür, onların arasında nifrət və nifaqı alovlandırır, ekstremizm və terrorizmi yaradırlar”, - fətvada deyilirdir. İŞİD, “Müsəlman qardaşları” və “Hizb ut Tahrir”dən başqa, bu siyahıya sələfilər də daxil edilib.

Baxmayaraq ki, “Qroznı fətvası”nın icrası yalnız Rusiyanın ərazisində məcburi hesab edilir, fətva bir sıra Fars körfəzi ölkələrinin siyasi, ilahiyyat və jurnalist dairələrinin nümayəndələrində hiddət doğurub. Xüsusi halda, Səudiyyə yazıçısı və jurnalisti Məhəmməd Əl-Şeyx “Twitter” səhifəsində yazıb ki, Qroznıdakı konfrans Rusiya və İran kəşfiyyatının müşahidəsi altında keçirilib. Onun sözlərinə görə, konftransın tək hədəfi Səudiyyə Ərəbistanını sünniliyin davamçıları siyahısından çıxarmaq idi.

Livanın “Al-Manar” qəzeti bildirir ki, Qətər və Səudiyyə Ərəbistanında Qroznıdakı konfrans “kədərli hadisə”, Ramzan Kadırov isə “dəli sufi” adlandırıldı. Ər-Riyadda məscidlərdən birində imam cümə xütbəsi zamanı bildirdi ki, Qroznıda keçirilən konfransda “əsl müsəlmanların tonqalda yandırılmasına” qərar verilib.

Qeyd edək ki, Məhəmməd Ben Əbdülrəhman Əl-Arifi Suriya rejiminə qarşı “azadlıq cihadı”na qoşulması üçün etdiyi çağırışlarla məşhurdur. 14 iyun 2013-cü ildə Qahirə məscidlərindən birində cümə xütbəsi ilə çıxış edən Səudiyyə ilahiyyatçısı “Misirin qəhrəman xalqı”nı Suriyanı dəstəkləməyə , “zülmkar Əsəd”ə qarşı birləşməyə çağırıb. “Mən sizə and içirəm ki, islam xəlifəsi tezliklə olacaq və mən onu artıq öz gözlərimlə görürəm”, - o, deyib.

Professor videomüraciətlərinə Rusiyanı müsəlmanların təqibində tez-tez ittiham edir və Ramzan Kadırovu “zülmkar” adlandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm