Texnoloji
Türkiyə Facebook və Instagram-a rəqib yaratdı - FOTO
"Pondr" hazırda "Apple App Store"da ən yaxşı yeni proqramlar sırasına daxil olub.
Türkiyə
“Facebook” və “Instagram”ın populyarlığından və çox istifadə
edilməsindən qorxmayaraq özünün sosial şəbəkəsini
yaradıb.
Qardaş ölkənin qurduğu sosial şəbəkəyə "Pondr" adı
verilib.
"Apple App
Store"da ən yaxşı yeni proqramlar sırasına girməyi bacaran "Pondr"
digər bənzər sosial şəbəkələrdən öz fikir və məzmun paylaşımı
zamanı daha əlverişli imkana malik olması ilə
seçilir.
Təcrübədən
keçirmək üçün istifadəçilər bir neçə şəkil yükləyib, duyğu
ikonları, rəylər qeyd ediblər. Həmçinin digər imkanları da
yoxlanılıb.
Sosial şəbəkənin
təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edən şirkətin
prodüseri Əziz Akgül
bunları söyləyib:
"Pondr ağlınıza
gələn hər cür şəkil barədə yoldaşlarınızın fikirlərini öyrənə
bilmək, bütün dünya ilə paylaşmaq imkanı verir. "Pondr"da hansısa
paylaşım haqqındakı fikriniz heç vaxt itmir. Həm də insanların
fikir və rəylərinin görünmə sayı digər məşhur sosial şəbəkə
saytları ilə müqayisədə, "Pondr"da daha
çoxdur".
Layihənin
prodüseri, həmçinin şəbəkəni daha da genişləndirəcəklərini,
dünyanın bütün ölkələrində istifadəçi saylarının artırılması üçün
əllərindən gələni edəcəklərini vurğulayıb.
/anspress
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı