Leyla Əliyevanın şəxsi fotosessiyası - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Leyla Əliyevanın şəxsi fotosessiyası - FOTOLAR

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla xanımın yeni fotoları yayılıb.

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla xanımın yeni fotoları yayılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva yeni fotosessiya etdirib. Sosial şəbəkənin aktiv istifadəçisi olan xanım bu dəfə də maraqlı məkanlarda kamera qarşısına keçib.

İncəsənəti, şeir yazmağı, rəsm çəkməyi və şəkil çəkdirməyi sevən incə xanım ənənəsinə sadiq qalaraq yeni şəkillərini sosial şəbəkədə yüzlərlə izləyiciləri ilə paylaşıb. L. Əliyeva fotolarına: "Şəxsi fotosessiya" adını verib.

Qeyd edək ki, Leyla xanım həyatında baş verən maraqlı məqamları kameraya görüntüləyərək sosial şəbəkəyə yükləyir.

Xatırladaq ki, bir neçə gün qabaq Leyla Əliyeva İnstagram səhifəsində paylaşdığı statusunda yaradıcılığı barədə maraqlı məqamlara toxunmuşdu. O, şeir yazmağı və haradan ilham aldığını vurğulayıb. Leyla Əliyevanın yazdıqlarını olduğu kimi sizə təqdim edirik:

"Yaradıcılıq mənim üçün öz emosiyalarını nümayiş etmək, hər şey, daxilimdə yığılan hisslər, məni narahat edən nələr isə deməkdir. Uşaqlıq vaxtlarımdan rəsm çəkməyi sevirdim, şeirlər isə öz-özünə gəlirdi ağlıma, onları vərəqə köçürürdüm. Aylarla heç nə yazmaya bilərəm, amma elə bir vaxt olur ki, başlayıram və dayana bilmirəm. Bəziləri yazdıqlarımı birbaşa olaraq mənimlə əlaqələndirirlər, amma bu, belə deyil. Bu, bütün insanlarda olan böyük bir hisslərdir, hər bir insan həyatının hansısa bir anında həyacanlar keçirir. Misal üçün, mənim şeirlərim və rəsmlərim qəmgin notlar üzərində yığılır, amma təbiətcə bu, mənə çox az məxsusdur". /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm