Əsginası xərcləyən, amma adını düz yaza bilməyən dövlət qurumları - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Əsginası xərcləyən, amma adını düz yaza bilməyən dövlət qurumları - FOTOLAR

Əskinas, əsginaz, yoxsa əsginas yazaq? Bu suala illərdir bir cavab tapan yoxdur.

Publika.az mövzu ilə bağlı xırda bir araşdırma aparıb.

İnternetdə axtarış etsəniz bütün variantlar var.

Məsələn, Maliyyə Nazirliyinin rəsmi saytında da həmin söz “əskinas” kimi göstərilib.

Mərkəzi Bank da bu sözü “əskinas” kimi yazır.

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da söz “əsginaz” kimi yazılıb.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (2004-cü il nəşri) də söz – “əsginaz” kimi yazılıb.

“Azərbaycan dilinin izahlı lüğəti”ndə əsginas kimi verilib.

Əsginas : [fr. “assignation”-dan] köhn. Kağız pul. Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir. [Salamov:] Ala, hələlik bu əsginası verim, .. çıxanda yenə verərəm. C.Cabbarlı. Bir qədər gənclərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üçlük, beşlik, onluq əsginas bağışlardılar. H.Sarabski.

Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Publika.az-a bildirib ki, 2004-cü il “Orfoqrafiya” lüğətində söz səhv göstərilib: “Bu söz əsginas kimi yazılmalıdır. 2004-cü il lüğətində bəzi səhvlər olub, onlar 2013-cü il “Orfoqrafiya” lüğətində aradan qaldırılıb. Yeni lüğətdə söz əsginas kimi göstərilib. Əvvəlki lüğətlərdə səhvlər olub, bunlar da növbəti nəşrlərdə aradan qaldırılır. Düzdür, səhv olmamalıdır, biz də çalışırıq ki, səhvləri aradan qaldıraq”.

Lüğətlərdə səhvlər ola bilər. Amma bu səhv tərcümə lüğətində olsa, bağışlana bilərdi. Lakin “Orfoqrafiya” lüğəti məhz sözlərin düzgün yazılışı üçün hazırlanır. Orada da söz səhv yazılacaqsa, onda nəyə inanaq?

Növbəti nəşrdə səhvlər aradan qaldırıla bilər. Amma nəzərə almaq lazımdır ki, lüğət hazırlayanların diqqətsizliyinə görə, niyə hər 3-4 ildən bir lüğət alaq?

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm