"5-ci kolon" mitinqə cəmi 800 adam çıxara bildi- FOTOLAR
Bizi izləyin

Nida.az

"5-ci kolon" mitinqə cəmi 800 adam çıxara bildi- FOTOLAR

Milli Şuranın mitinqi başa çatıb. "5-ci kolon" meydana cəmisi 800 adam çıxara bildi.


Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib.

Aksiya zamanı heç bir insident baş verməyib

15:50

Milli Şuranın mitinqi alınmadı

Publika.az xəbər verir ki, keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Hazırda mitinqə çox az sayda cəbhəçi toplaşıb.

Mitinq Milli Şura adından təşkil olunsa da, aksiyada yalnız cəbhəçilər iştitak edib. Mitinqdə ilk çıxışı da Milli Şuranın sədri Cəmil Həsənli yox, Əli Kərimli edib.

Məlumata görə, mitinqdə cəmi 800 nəfərə yaxın şəxs iştirak edir.

Xatırladaq ki, mitinqdən əvvəl Milli Şuranın koordinatorları mitinqdə "on minlərlə şəxsin iştirak edəcəyi" barədə proqnozlar vermişdilər.

Mitinqin təşkilatçıları tərəfindən bayrağımıza edilən hörmətsizlik diqqətdən yayınmayıb. Fotodan göründüyü kimi şanlı bayrağımız "Məhsul" stadionunda ayaqlar altına atılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm