Sağlamlıq
Ağdaşda təmənnasız tibbi müayinə aksiyası
Ağdaş rayonunda əhalinin pulsuz tibbi müayinədən kecirilməsi aksiyasına start verilib.
105000 min nəfərədək sakini əhatə edəcək pulsuz tibbi müayinənin yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanasında, 2 poliklinikada 44000 labarator müayinəsi, 4000-dən çox ultrasəs müayinəsi, 2500 rentgen müayinəsi, 500 elektro kardioqrama müayinəsi aparılıb.
Bundan əlavə Ləki, Qaradağlı, Şəmsabad və Gürcüva kənd
xəstəxanalarında, 11 həkim ambulatoriyasında ixtisaslaşdırılmış
həkim komissiyaları fəaliyyət göstərir. Müayinə zamanı 80 nəfər
Ağdaş mərkəzi xəstəxanasına cəlb olunmuş, 400 nəfər ambulator
müayinəyə cəlb olunub. 35 nəfər Bakı şəhərinə müayinə olunmaq üçün
göndərilib. Müxtəlif ixtisaslı həkimlərdən ibarət 16 briqada
qrafika üzrə yerlərdə ahıl, əlil və bu kateqoriyadan olan xəstələri
müayinə edirlər.
Qeyd edək ki, aksiyaya fevral ayının 17-dən start verilib. May
ayının 2-dək davam edəcək aksiya müddətində tibb müəssələrində
ümumi və biokimyəvi laboratoriyalar, rentgen, ultrasəs və digər
müayinə kabinetləri əhaliyə pulsuz xidmət göstərəcək. Rayonun ucqar
yaşayış məntəqələri olan Yenikənd, Xosrov, Dəhnə qəsəbəsi də daxil
olmaqla 18 kəndi əhatə edən sahə xəstəxanasında 10375 nəfər sakinin
tibbi müayinəsi mütəşəkkil keçirilib. Əhalinin müayinəsi üçün
müasir avadanlıqlardan istifadə olunur. Bu günə kimi rayon üzrə
44567 min nəfərdən çox sakin tibbi müayinədən keçirilib.
Xatırladaq ki, Azərbaycan prezidentinin tapşırığına əsasən 17 fevral 2014-cü il tarixdən 1 may 2014-cü il tarixə qədər Azərbaycan respublikasının əhalisinin bütünlüklə müayinədən keçirilməsi tapşırığı verilib.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var