Yadplanetlilərin Ayda 5,6 kilometrlik qalası və məxfi bazalar – REAL GÖRÜNTÜLƏR
Bizi izləyin

Qoroskop

Yadplanetlilərin Ayda 5,6 kilometrlik qalası və məxfi bazalar – REAL GÖRÜNTÜLƏR

Finlandiyada yaşayan tədqiqatçı Mark Savala Ayda yadplanetlilərin bazasını tapıb.

Publika.az xəbər verir ki, fin tədqiqatçının diqqətini Ayın səthində qəribə obyekt cəlb edib.

Tədqiqatçının obyekt adlandırdığı təpəciyin üzərində tük kimi kölgə görünür. Əslində isə onun uzunluğu bir neçə yüz metrdir.

“Bu antennadır”, - deyə Mark əminliklə bildirir: “Yadplanetlilər burada öz bazalarını qurublar və bu baza Ayın səthinin altında yerləşir”.

Mark “antenna”ya 1996-cı ildə NASA-nın “Lunar Orbiter-1” aparatının çəkdiyi fotolardan birində rast gəlib.

1996-cı ilin avqust ayında orbitə buraxılan “Lunar Orbiter” Amerikanın aya enən birinci süni peyki idi.


“Lunar Orbiter-1”-in çəkdiyi fotolar NASA-nın rəsmi saytında yerləşdirilib. Hər kəs sayta daxil olaraq, fotolarla tanış ola bilər. Bu fotolarda Markın dediyi “antenna”lar görünür. Sadəcə olaraq, şəkili bir qədər böyütmək lazımdır.


“Antenna” yaxı günlərdə aşkarlanıb. NASA hələ buna heç bir reaksiya verməyib. Lakin agentliyin mütəxəssisləri bunu istisna etmir.

Sosial şəbəkələrdə bu məsələ səs-küyə səbəb olub. “MexicoGeek” adlı sosial şəbəkə istifadəçisi olan arxeoloq isə Ayda qala aşkar etdiyini bildirib. O da Mark kimi fotoları “Google Moon”da böyüdərək, öz kəşfini tapıb. Ayda tapılan qalanın hündürlüyü 5,6 kilometrdir. İddia olunur ki, yadplanetlilər bu qaladan öz kosmik gəmilərini havaya qaldırmaq üçün istifadə edirlər, ya da nə vaxtsa istifadə ediblər.

Ayda çoxkilometrli qalanın olması tamamilə ağılasığmaz kimi görünmür. Çünki Yer kürəsində cazibə Aya nisbətən 6 dəfə çoxdur. Bu baxımdan, Ayda yüksək qalalar inşa etmək daha asandır.

“MexicoGeek” adlı virtual arxeoloqun iddiasına NASA-nın hazırda Ayın orbitində olan “Lunar Reconnaissance Orbiter Camera” (LROC) aparatına cavabdeh olan mütəxəssisi Noah Petro cavab verib.

O təsdiq edib ki, virtual arxeoloqun göstərdiyi obyekt həqiqətən də mövcuddur. Bu obyekt “Rupes Liebig” və “Rimae Marsenius” kraterlərinin arasındakı “Marsenius Ye” kraterində yerləşir. Lakin bu qala deyil, sadəcə olaraq kənarda belə vizual görüntü yaradır.

N. Petro “LROC” aparatının çəkdiyi “Rupes Liebig”, “Rimae Marsenius” və “Marsenius Ye” kraterlərinin digər fotolarını göstərib. Orada “qala” görünmür. Əvəzində daha kiçik krater var.

Petro izah edir ki, fotoların böyüdülməsi zamanı “Google Moon”dan istifadə zamanı keyfiyyət itir və belə illüziyalar yaranır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm