Ermənistan Qarabağla bağlı nəyi gizlədir? – keçmiş nazirlər detalları açdı
Bizi izləyin

Nida.az

Ermənistan Qarabağla bağlı nəyi gizlədir? – keçmiş nazirlər detalları açdı

"Azadlıq" radiosunun erməni xidməti Ermənistanın keçmiş xarici işlər nazirlərindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin bəzi detallarını öyrənib.

Publika.az xəbər verir ki, 1993-96-cı illərdə xarici işlər naziri olmuş Vaan Papazyan ermənilərin bir məsələdə yalan danışdığını bildirib: "Mən bir sıra məsələləri tamamilə açmaq istəmirəm. Çünki danışıqlar prosesi hələ də gedir. Lakin onu deyə bilərəm ki, Azərbaycanın atəşkəs haqda xahiş etməsi, yaxud yalvarması haqda deyilənlər tamamilə yalandır. Hər iki tərəf münaqişə edirdi və hər iki tərəfin ordusu zəifləmişdi".

1996-1998-ci ildə Papazyanı əvəz edən Aleksandr Arzumanyan güzəştlərin məcburi və qaçılmaz olduğunu bildirib: "Kazanda, yaxud Madriddə qəbul olunmuş prinsiplər ətrafında həll paketini hazırlamaq olar".

Qeyd edək ki, keçmiş diplomat Arumanyanın güzəşt deməklə əslində hazırda müzakirə edildiyi deyilən rayonların qaytarılması məsələsini nəzərdə tutur. Ermənistanda siyasilər və rəsmilər hazırki danışıqlar prosesini "qarşılıqlı güzəşt" adlandıraraq, guya Azərbaycanın da güzəşt edəcəyi ilə bağlı daxili ictimaiyyətə inandırmağa çalışır. Həmçinin, Ermənistan tərəfi bununla "biz güzəştə gedirik, qarşı tərəf də getsin" deməklə, qaytarmağa məcbur olduğu Qarabağdan nəsə qopartmağa çalışır. Bu, həm də ermənilərin siyasi ritorikasıdır.

"Münaqişə güzəştlə olmalı və hər iki tərəf güzəştə getməlidir", - Arzumanyan ritorikanı davam etdirir.

Eyni ritorika 1998-2008-ci illərdə xarici siyasətə rəhbərlik etmiş Vardan Oskanyanın da dilindən səslənir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm