Saakaşvilidən ŞOK PROQNOZ: “Üç il..”
Bizi izləyin

Dünya

Saakaşvilidən ŞOK PROQNOZ: “Üç il..”

“Ukrayna Ali Radanın indiki tərkibi ilə Avropa ölkəsi ola bilməyəcək”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “112 Ukrayna” telekanalının efirində deyib.

“Siyasi elitanın dəyişməsi milli təhlükəsizlik məsələsidir. Ukrayna indiki elita ilə Avropa ölkəsi ola bilməz. Bu parlamenti daha üç il saxlamaq mümkün deyil”, - qubernator bildirib.

Saakaşvilinin bu açıqlaması 22 sentyabrda “112 Ukrayna” telekanalın efirində baş verən hadisədən sonraya təsadüf edib. Ali Radanın deputatları Vladimir Parasyük və Aleksandr Vilkula arasındakı şifahi atışma əlbəyaxa davaya çevrilib. Deputatları ayırmaq üçün mühafizəçilərin köməyinə ehtiyac olub.

Avtodayanacaqda isə Parasyük Vilkulanın avtomobilinin qapısını qopartmağa çalışıb və avtomobili cızıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm