“FED-in addımı səhvdir”
Bizi izləyin

Ekopublika.az

“FED-in addımı səhvdir”

“Moody's Analytics”in baş iqtisadçısı Mark Zandi ABŞ Mərkəz Bankının (FED) faiz artımına getmək üçün fürsətinin olduğunu lakin bunu qaçırdığın bəyan edib.

Publika.az xəbər verir ki, M.Zandi FED-in son qərarını səhv kimi dəyərləndirib: “ABŞ və Avropada keçiriləcək seçkilər, geopolitik gərginliklər və maliyyə dalğalanmaları FED-in faiz artımını yenidən təxirə salmasına yol açacaq. Məncə, çərşənbə günü faizi artırmalı idilər. Çünki maliyyə bazarlar sakitdir, qlobal iqtisadiyyatda sabitlik nəzərə çarpır. FED-in əlinə faizləri artırmaq üçün əhəmiyyətli fürsət keçmişdi, amma bunu qaçırdı. Məncə, bu, bir səhv idi”.

Onun sözlərinə görə, bazarlarla FED arasında məsafə yaranıb. Bunun səbəbi də FED-in hər dəfə faizləri artırmaq barədə qərarını dəyişdirməsidir: “Artıq investorlar FED-in bu il faiz artımına gedəcəyinə inanmırlar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm