İŞİD-ə işləyən haker 20 il azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

İŞİD-ə işləyən haker 20 il azadlıqdan məhrum edildi

İslam Dövləti qrupuna ABŞ hökuməti və ordu qulluqçularının adlarını ötürməkdə ittiham edilən haker 20 il müddətinə azadlıqdan məhrum edilib.

Əslən kosovolu olan 21 yaşlı Ardit Ferizi ötən il Malayziyada ələ keçilrilib.

Ferizi haker və terrorçu kimi Amerikada həbsə məhkum edilən ilk şəxsdir. Hakerlik və terrorizm ittihamı ona ötən ilin əvvəlində irəli sürülüb.

Ferizi özəl bir şirkətin məlumat bazasından 1300 hökumət işçisinin elektron poct ünvanları, kodları və telefon nömrələrini hakerlik vasitəsi ilə əldə edərək İŞİD-də ötürmüşdü. İslam Dövləti həmin insanları təhdid etmişdi.

Prokurorluq onun 25 il azadlıqdan məhrum edilməsini, onun vəkili isə Ferizinin real təhlükə olmadığı üçün ona 6 illik həbs cəzası verilməsini istəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm