24 SENTYABR
Bizi izləyin

Bilgi.az

24 SENTYABR

1936-cı il. Bədii qiraət ustası, aktrisa, Xalq Artisti Əminə Yusif qızının doğum günü. Məktəb yaşlarında Gənc Tamaşaçılar Teatrında çıxış edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1964-1974) işləyib. Sonralar "Azərbaycanfilm" kinostudiyasında dublyaj, səsləndirmə sahəsində fəaliyyət göstərib. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən Əminə Yusif qızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

1993-cü il. Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub. Azərbaycan qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir. MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirən Azərbaycan bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

1999-cu il. Londonda Beyker Stritdə Şerlok Holmsun abidəsi açılıb. İngilis yazıçısı Artur Konan Doylun yaratdığı bu personaj haqlı olaraq detektiv janrının klassiki hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm