NASA-dan sensasiyalı açıqlama: "Orada həyat var" - FOTO
Bizi izləyin

Qoroskop

NASA-dan sensasiyalı açıqlama: "Orada həyat var" - FOTO

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bazar ertəsi keçirəcəyi mətbuat konfransında sensasiyalı bəyanatını açıqlamaq niyyətindədir

NASA-nın "Twitter"dəki akkauntunda verilən anonsa görə, açıqlama Yupiter planetinin təbii peyki olan Avropa ekzoplaneti ilə bağlıdır.

Anonsda deyilir: "Söhbət Avropada suyun, okeanın olmasından gedəcək. Bu səbəbdən də biz ehtiyatla da olsa, "Orada həyat var" deyə bilərik".

Avropa ekzoplaneti NASA-nın "Hubble" kosmik teleskopu vasitəsilə tədqiq olunub. Bir qədər əvvəl isə NASA-nın "Juno" kosmik stansiyası Yupiterin şimal qütbündə çəkilmiş fotoları Yerə ötürüb. Həmin fotolarda amerikalı alimlər Günəş sistemindəki digər böyük planetlərdə olmayan hava aktivliyini və qasırğalar sistemini görüblər. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm