Avtopublika
Azərbaycanla İranın birgə istehsal etdiyi avtomobil - FOTO
Azərbaycan ilə İranın Neftçalada inşa edəcəkləri birgə avtomobil zavodunun istehsalı olacaq ilk avtomobil 2017-ci ilin mayında satışa çıxarılacaq.
Bu barədə yerli mətbuata məlumat verən İranın sənaye nazirinin müavini Cəfər Sərcani qeyd edib ki, ilkin mərhələdə zavodda istehsal olunacaq avtomobil İrandan gətirilən hissələrdən yığılacaq. İkinci mərhələdə isə Neftçalada ehtiyat hissələrinin istehsalına başlanacaq və avtomobil tam olaraq Azərbaycanda hazırlanaraq satışa çıxarılacaq.
Nazir müavini deyib ki, 15 milyon dollar dəyərində olan bu layihəni Azərbaycanın "AzEuroCar LLC" şirkəti ilə İranın "Khodro" şirkəti həyata keçirəcəklər. Zavodun inşası üçün Neftçalada 10 hektar ərazi ayrılıb və tikinti işləri sürətlə davam edir.
Zavodda hər il 10 min avtomobilin istehsalı nəzərdə tutulub. (azərtac)
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq