Magazin1
Əməkdar artist:”Heç vaxt heç nəyin quluna çevrilməmişəm”
Əməkdar artist, sevilən aktrisa Xalidə Quliyevanın doğüm günüdür.
Publika.az-a açıqlama verən aktrisa ilk təbriki Praqada yaşayan oğlundan aldığını deyib:
“Gecə saat 12-yə beş dəqiqə qalmış Praqada yaşayan oğlum təbrik yazdı, sonra da dost-tanışlar, sevənlərim təbrik etdilər. Sevdiklərimdən hədiyyələr aldım, axşam ailəmizlə birgə doğum günümü masa arxasında qeyd edəcəyik”.
Yaşlanmaqdan qorxmadığını deyən X.Quliyeva gözəl qalmasınnı sirrini də açıqlayıb: “Əgər insanın ətrafında onu sevən, ona dəyər verən insanlar varsa, o, hər zaman cavan qalacaq. Mən də çalışmışam həmişə ətrafımda harmoniya yaradım, insanlara sevinc verim, pozitiv əhval-ruhiyyədə olum. Heç vaxt heç nəyin quluna çevrilməmişəm. İnsanlara da bunu məsləhət görürəm. Əgər nəsə sizi sıxırsa, özünüz olmağa qoymursa, ondan uzaqlaşın”.
Onu da öyrəndik ki, aktrisa indiyədək bir dəfə də olsun plastik əməliyyat etdirməyib, heç etdirmək fikri də yoxdur. Özünə güvənli xanım daxili gözəlliyin, səmimiyyətin vacib olduğunu deyib.
Gözəl aktrisamıza yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.
Cəvahir
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK