Xəzərdən Kosmosa göndərilən video-kasetlər – Cəhənnəmin sirləri
Bizi izləyin

Qırmızı.az

Xəzərdən Kosmosa göndərilən video-kasetlər – Cəhənnəmin sirləri

Bu həftəni Bakı küçələrindəki “cəhənnəmlə” başladıq. Müxalifətimiz, daha doğrusu “müxalifət biz” deyənlər toplaşdılar, danışdılar, “hamınız cəhənnəm odunda yanacaqsınız” deyib, dağılışdılar. (http://publika.az/p/150718).

Şeyx Nəsrullah yada düşür. Təsəvvür edin, indi olsaydı Nəsrullah, AXCP mitinqində iştirak etmədiyimizə görə bizi cəhənnəmə düşməkdən xilas edərdi. Biz də hər dəfə istirahət günümüzü cəhənnəmə düşmək qorxusu ilə yaşamazdıq.

Amma burada qəribə nələrsə var ha. Təsəvvür edin, bizi cəhənnəmlə, daha dərinə getsək, “inkir-minkirlə” qorxudandan sonra xəbər yayıldı ki, Xəzər dənizinin dibində yadplanetlilər var, özlərinə baza qurublar və qızları qaçırıb intim münasibətlərin sirlərini öyrənirlər. (http://publika.az/p/151212).

Gülməyin, gülməyin vaxtı deyil, bir az düşünün. Bütün ölkə cəhənnəmdə yanmaqla təhdid olunur, ardında da Xəzərdə yadplanetlilərin olması xəbəri yayılır. Burada nəsə bir əlaqə olduğu şübhəsizdir.

Amma bu yadplanetlilərin də başı uzunsov olduğu üçün beyinləri toyuq kimi fikirləşir. O boyda kosmosu keçib gəliblər ki, Yerdə intim münasibətləri öyrənsinlər. Halbuki, xəbər eləsəydilər, onlara yaxşı-yaxşı videolar göndərər, yataq otağından tutmuş masaj salonlarına qədər qaranlıq həqiqətləri başa salar (http://publika.az/p/150974), planetin bacısı ilə evlənən, əmisi qızını sevən liderlərindən başlamış (http://publika.az/p/151303), yataqda necə davranmağa qədər (http://publika.az/p/151396) hər şeyi öyrədərdik. Yetər ki, siz siqnal ötürün. (http://publika.az/p/151441).

Biz sizlərə kosmosun şüşə kimi asfaltında necə “avtoşluq” etməyi öyrədər (http://publika.az/p/151252), xərçəngin dərmanını göndərər (http://publika.az/p/151188), şou-biznes aləmindən (http://publika.az/p/151433), Putinin “seksual bacısı”ndan (http://publika.az/p/151269) danışardıq. İndi özünüz bilin, biz iqtisadi vəziyyətin yaxşı olmadığı bir vaxtda Xəzərə düşmək üçün pul xərcləməyinizi istəmirik.

Bunun qarşılığında sizdən bir ricamız var. Bizə bu cəhənnəmin nə olduğunu başa salın, sirlərini öyrədin. Biz də görək mitinqə çıxmağa dəyər, yoxsa yox...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm