İdman
Tərlan Əhmədov: ''Getsəm, xəyanət olar''
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın Vı turunda “İnter”ə uduzduqları oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Mətbuata yox, amma uşaqlara deyəcəyim sözlər çoxdur. Bu gün
normal oynasaq da, uşaq səhvlərinə yol verdik. Görüləcək işimiz
çoxdur. Futbolçuları qınamıram. Rəqibdən üstün oynadıq. Son turlar
həddindən artıq çox qol buraxırıq. Keçən il çoxları yazırdı ki,
AZAL bu meydanda hamıya qalib gəlir. Stadionda nəsə var. İndi nə
yazacaqlar? Bəlkə indi bizə nəsə edirlər ki, bəlaya düşmüşük. Yaxən
günlərdə heyətdə dəyişiklik edim. İnandıqlarım futbolçuların çoxu
etimadı doğrultmur. Gözləmək üçün vaxtımız yoxdur. Məğlubiyyət
qaçılmazdır. Bu gün yaxşı oynasaq da, uduzduq. İkinci hissədə
təzyiqi artırıb qol vursaq da, səhvlər öz oyunumuzu göstərməyə
imkan vermir.
- Ötən oyundan sonra istefa verə biləcəyinizi demişdiniz.
Klub rəhbərliyi ilə bununla bağlı görüşünüz oldu?
- Ortaq məxrəcə gəldik ki, qışa qədər komandada qalım. İndiki
vəziyyətdə komandadan getsəm, bu, xəyanət olar. Çünki bu, özümün
yığdığım komandadır. Qışa qədər AZAL-dayam.
- Yayda Rail Məlikov və Aleksey Namaşka komandanı tərk
etdi. AZAL bu iki futbolçudan çox asılı idi?
- Rail lider idi. Hər komandaya lider lazımdı. Ötən il ilk 5 turda
ən çox tənqid olunan Rail Məlikov idi. Lakin sonradan o komandanı
toparladı. İndi elə bir liderə ehtiyacımız var. Qapıçılara ciddi
iradımız yoxdur.
- Artıq indidən qış fasiləsində reallaşdıracağınız
transferlərlə bağlı planlar hazırdı?
- Bu gedişlə heyətə 5-6 oyunçu qatmalı olacağıq. Çalışacağıq ki,
büdcəyə uyğun hərəkət edək. Qapıdan başqa bütün mövqeləri
gücləndirməliyik.
- İlk hissə bitən kimi Karanadonu əvəzlədiz. Ruslan
Əmircanov sonradan meydana daxil oldu. Demək olar ki, “qara
siyahı”nız artıq hazırdır?
- Yox, onlar “qara siyahı”da deyillər. “Qara siyahı”ya 90 dəqiqədə
oynayan da düşə bilər. Planımız belə idi ki, ilk hissədə Ruslan
Nəsirli və Nuqzar Kvirtiya, sonra isə Ruslan Əmircanov olmalıydı.
Təəssüf ki, istəyimiz alınmadı.
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?