Türkiyə gəmisi batdı
Bizi izləyin

Dünya

Türkiyə gəmisi batdı

Aralıq dənizinin Siciliya sahillərindən 38 km. məsafədə Türkiyəyə məxsus yük gəmisi batıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Sabah" qəzeti məlumat yayıb.

İtaliya Sahil Mühafizəsi Türkiyə şirkətinə məxsus olan və Panama bayrağı altında üzən gəminin 16 heyət üzvünü xilas edə bilib.

Məlumata görə, gəmi ammonium fosfat daşıyıb və Seneqaldan Xorvatiya istiqamətində hərəkətdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm