Nida.az
Anemiyanın növləri
Anemiya-hemoqlobinin qanın vahid həcmində miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir.Anemiya bir neçə səbəbdən baş verir.Onun baş vermə səbəblərindən biri də orqanizmdə dəmirin çatmazlığıdır.Dəmir defisit anemiyada hemoqlabilinin sintezi pozulur və nəticədə hər bir eritrositdə normaya nisbətən az miqdarda hemoqlobin toplaşır.Dəmir defisit anemiya başqa anemiyalara nisbətən daha geniş yayılmışdır.
ETİOLOGİYASI:
Dəmir defisitinin aşağıdakı əsas səbəbləri ayırd edilir:
Qanaxmalar
Dəmir sərfinin artması
Dəmirin sorulmasının pozulmsı
B-12 DEFİSİTLİ ANEMİYA
B-12 defisitli anemiya orqanizmdə B-12 vitamininin çatmazlığı
nəticəsində əmələ gələn anemiyadır .B-12 vitamininin çatmaması
orqanizmdə qanyaranmanın pozulmasına ,sümük iliyində
meqaloblastların peyda olmasına, eritrokariositlərin parçalanmasına
, eritrositlərin və hemoqlobilinin miqdarının azalmasına səbəb
olur.Eritrositlərin və hemoqlobilinin azalması da öz növbəsində bir
sıra orqanlarda və sistemdə dəyişikliklərə gətirib çıxarır.
HEMOLİTİK ANEMİYALAR
Hemolitik anemiyalar etiologiya, patogenez,klinika və müalicəsi
müxtəlif olan xəstəliklərin bir qrupunu əhatə edir.Normada
eritrositlərin yaşama müddəti 100-120 gündür.Hemolitik anemiyalarda
ısə 12-14 gündür.Bu xəstəlik zamanı bəzi orqanların hüceyrələrində
hemoliz gedir.Hemolizin baş verməsi dalaqda özünü aşağıdakı
simptomlarla təzahür edir:
-Qanda sərbəst bilrubinin miqdarı artır ki,bu da dəri və selikli
qişada sarılıqla özünü biruzə verir.
-Bağırsaqlarda yüksəlmiş sterkobilinogen və urobilinogen yaranır
ki,bu da nəcisin rənginin dəyişməsinə səbəb olur.
-Sidikdə urobilinin miqdarı artır.
-Periferik qanda eritrositlərin ümumi miqdarı artır.
TƏSNİFATI:
Bütün hemolitik anemiyalar 2 böyük qrupa ayrılırlar:
-Anadangəlmə
-Qazanılma
Anadangəlmə hemolitik anemiyalar eritrositlərin genetik deffekti
ilə əlaqədardır. Eritrositlər genetik deffekt olduqları üçün,onlar
funksional olaraq tam kefiyyətli olmur.Kefiyətsiz olduğuna görə
asan hemoliz olunurlar.
Qazanılma hemolitik anemiyalar müxtəlif faktorların (antitellərin
yaranması, hemolitik zəhərlər,mexaniki təsirlər) normal
eritrositlərə təsirindən yaranır.
MÜALİCƏSİ:
Anemiyalarda kompleks müalicə tədbirləri anemiyanın
etiologiyasından, anemiyanın ifadə dərəcəsindən və verdiyi
nevroloji dəyişikliklər nəzərə alınmaqla aparılır.Müalicədə
aşağıdakılar nəzərə alınmalıdır.
-Qurd invaziyası
-Bağırsağın üzvi xəstəliklri
- Bağırsaq fermentlərinin çatmazığı.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO