Polis zabitini qətlə yetirən yeddi nəfər ölümə məhkum edildi
Bizi izləyin

Dünya

Polis zabitini qətlə yetirən yeddi nəfər ölümə məhkum edildi

Qahirə Məhkəməsi terror fəaliyyətində iştirak etməkdə və 2013-cü ildə əl-Giza əyalətində yüksək rütbəli polis zabitini qətlə yetirməkdə təqsirləndirilən yeddi müttəhim barəsində cinayət işinin baxışından sonra təkrarən ölüm hökmü çıxarıb.

Misirin “Əl-Youm 7” portalı xəbər verir ki, digər beş müttəhim on il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilir ki, ekstremist qrup polisə hücumu qabaqcadan planlaşdırıb. Terror aktı nəticədə yüksək rütbəli polis zabiti öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm