ABŞ polisi qaradərilini belə öldürdü - VIDEO
Bizi izləyin

Dünya

ABŞ polisi qaradərilini belə öldürdü - VIDEO

ABŞ-ın Şarlott şəhərinin polis idarəsi qaradərili Kit Lamont Skottun asayiş keşikçiləri tərəfindən öldürülməsi anının əks olunduğu videonu yayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, əməliyyat zamanı polis əməkdaşlarının üzərindəki yerləşdirilən videokameraların görüntüləri ictimaiyyətə təqdim olunub.

Ötən gün şəhər polis idarəsinin rəisi Kerri Putni keçirdiyi mətbuat konfransında Skottun üzərindən tapança aşkarlandığını qeyd edib. Lakin, ictimaiyyətə təqdim edilən videoçarxda Skotta məxsus tapança əks olunmayıb. Polis rəisinin sözlərinə görə, video digər sübutlarla birlikdə nəzərdən keçirilməlidir.

Qeyd edək ki, bundan əvvəl Kit Skottun həyat yoldaşı ərinin polis tərəfindən öldürülmə anının əks olunduğu videonu yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm