Texnoloji
Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib
Azərbaycan Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklərin edilməsi haqda qərar qəbul edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,
sənəd hüquqi və ya fiziki şəxslərin mobil telefon cihazlarından
MCQS tərəfindən mobil (sellular) telekommunikasiya operatorları ilə
birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə
mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə
məlumatın alınmasını nəzərdə tutur.
Bununla yanaşı, şəxsi istifadə məqsədi ilə ölkə
ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin
istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə
üsulları ilə aparılır. Elektron müraciət etmə üsulu “Elektron
hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini
keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə
yerinə yetirilir.
Yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə
ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi
tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların
müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə
yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin
əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri
xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi
mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə
yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3
nömrəli əlavə) doldurur.
Sənədə əsasən, əgər mobil telefon cihazı
itirilərsə və ya oğurlanarsa, bu halda “IMEI” nömrəsi qara səhifəyə
daxil edilməzdən əvvəl, həmin “IMEI” nömrəli mobil telefon cihazı
ilə istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxındakı
polisə könüllü sürətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı
da göndərilir.
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə
gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm
də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatların
qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş
gününə endirilib.
Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim
edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə
müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş
“IMEI” nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ
səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat
veriləcək. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil
cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən
təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən
araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə
endirilib.
Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük
Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən “IMEI”
nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda,
habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə
ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə daxil
ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı
məlumat veriləcək.
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ