Bu quyruqlu oğlan müqəddəs hesab olunur - FOTOLAR
Bizi izləyin

Dünya

Bu quyruqlu oğlan müqəddəs hesab olunur - FOTOLAR

Bu quyruqlu oğlan müqəddəs hesab olunur-Foto

Hindistanda yaşayan 6 yaşlı oğlan yerli əhali tərəfindən müqəddəsləşdirilərək sitayiş edilir. Səbəb isə çox sadədir: Amar Sinq quyruqlu uşaqdır. Maraqlısı budur ki, onun quyruğu bel tükünün uzanması nəticəsində yaranıb və 30 santimetrlik quyruq oğlana şöhrət gətirib.

Oğlanın ailəsi və yerli əhali inanır ki, onun quyruqla doğulması və Hinduizm dinində meymuna bənzər ilahi personaj olan Hanumana oxşaması müqəddəsliyə işarədir.

Lakin bəziləri iddia edir ki, oğlan daha çox inəyə oxşayır. Hinduizm mədəniyyətinə əsasən, inək müqəddəs heyvan hesab olunur. Amarın ailəsi bildirir ki, o, qotaz boyda tüklə doğulub və bu tüklər ildən-ilə artmaq üzrədir. Ailə bu tük topasını “Allahdan hədiyyə” kimi qəbul edir.

Lakin oğlanda müşahidə olunan tüklənmənin elmi adı onurğa qığırdağının parçalanması adlanır. Adətən hamiləliyin birinci ayında rüşeymin inkişafında düzgün olmayan inkişaf getdikdə onurğa sütunu düzgün bağlanmır və uşağın qüsurlu doğulmasına səbəb olur. Bu simptomun yaranması üçün hamiləlik zamanı foli turşusunun çatışmamasının əsas faktor olması müəyyənləşdirilib. Onurğa yırtığı olan hissə isə tük və ya xal ilə örtülür. Onurğa qığırdağının parçalanması xəstəliyi hər 2,500 nəfərdən bir rast gəlinir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm